"Məmurlar arxayınlaşmasınlar, həbslər davam edəcək" - Açıqlama
Millət vəkili Siyavuş Novruzov icra başçılarının işlərinin araşdırıldığını bildirib. Unikal.org-a açıqlama verən S.Novruzov digər başçıların da arxayınlaşmamalı olduğunu diqqətə çatdırıb:"Təbii ki, araşdırma gedir. Harada ki, dəqiq məlumatlar var onlarla bağlı ölçü götürüləcək. Heç kəs arxayınlaşmasın. Bu uzun proses olacaq. Məmurlar rüşvətə, korrupsiyaya yuvarlanmamalı, xalqa ləyaqətlə xidmət etməlidirlər".