Dünyada koronavirusa yoluxanların sayı 7 milyon 200 mini ötdü
Dünyada koronavirusa yoluxan 3 536 977 nəfər sağalıb, 408 744 nəfər isə virusdan ölüb. “Report” xəbər verir ki, indiyədək 7 200 354 nəfərə COVID-19 diaqnozu qoyulub. Məlumata görə, son 20 gündə dünyada 82 mindən çox insan koronavirusdan ölüb Ən çox yoluxma halları ABŞ (2 026 493), Braziliya (710 887) və Rusiyada (476 658) qeydə alınıb. Azərbaycanla sərhəd ölkə olan Türkiyədə 171 121 nəfər yoluxub, 4 711 nəfər ölüb. İranda isə 173 832 nəfərə koronavirus diaqnozu qoyulub. Son məlumata görə, bu ölkədə 8 351 nəfər pandemiyanın qurbanı olub. Qeyd edək ki, iyunun 8-nə olan məlumata görə, Azərbaycanda qeydə alınmış yoluxma faktlarının ümumi sayı 7 876-dır. İndiyədək ölkəmizdə 4 377 nəfər virusdan sağalsa da, 93 nəfər pandemiyanın qurbanı olub. Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.