Gündə 1 ovuc yeyin - Stresin düşməni olan 8 qida

Koronavirusla birlikdə iş, dərs, ev, iqtisadi vəziyyət hər kəsin gündəlik stresinin də artmasına səbəb olub.
Streslə mübarizə aparmaq üçün çoxları un, şəkər məmulatları kimi ziyanlı məhsullara üz tutur. Amma unutmayın ki, bunlar piylənmə, diabet, ürək-damar xəstəlikləri kimi başqa problemlərə də zəmin hazırlaya bilər.
Bu gün bir çox əsas xəstəliyin səbəbi kimi stres göstərilir. Gündəlik rasiona daxil edəcəyiniz 8 məhsul sizi stresdən nisbətən uzaq tutmağa və sağlamlığınızı qorumağa kömək edəcək.
Qabaq toxumu
Stres zamanı yüksələn kortizol səviyyəsini tənzimləyir. Stresin əlamətlərini azaldan maqneziumla zəngindir. Gündə bir ovuc yemək məsləhətdir. 1 avuç kabak çekirdeğini ara öğünlerinize ekleyin.
Yulaf əzməsi
Serotonin hormonunu artırır. Süd və yoqurt əlavə edərək sağlam səhər yeməyi hazırlaya bilərsiniz.
Qırmızı bibər
C vitamini qaynağıdır. Qandakı stres hormonu olan kortizolun səviyyəsini aşağı salır.
Yaşıl çay
Tərkibində duyğuların pozulmasına müsbət təsir edən L-Theanine adlı amin turşusu var. Stresi azaldan serotonin və dopamin hormonlarının ifrazına kömək edir. Ürək, təzyiq kimi xroniki problemi olmayanlar ara qidalar zamanı bir fincan qəbul edə bilərlər.
Qızıl balıq
Streslə mübarizədə önəmli rol oynayan D vitamini və Omega-3 yağları ilə zəngindir. Həftədə azı 2 dəfə qəbulu məsləhətdir.
Tünd şokolad
Serotonin və endorfin kimi özümüzü yaxşı hiss etdirən hormonları artırır. Stres anında qəhvə yanında yeyəcəyiniz azı 70 faizlik tünd şokolad beyniniz daha yaxşı işlədəcək.
Yaşıl mərcimək
Əhvalı yaxşılaşdırmağa kömək edən selenlə zəngindir. Bu məhsuldan həm şorbalarda, həm də salatlarda istifadə etmək olar.
Kefir
Probiyotik qidalar bağırsağın florasını tənzimləyir və bu yolla stresi azaldır.