İmtahanların nəticələri nə vaxt açıqlanacaq? - DİM-dən CAVAB
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün keçirilən buraxılış imtahanlarının nəticələrinin məlum olacağı vaxtı açıqlayıb.   Mərkəzdən Modern.az-a verilən məlumata görə, iyunun 11-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq.   9-cu sinif üzrə buraxılış imtahanları, 9 illik orta təhsil bazasında kolleclərə qəbul imtahanları və Azərbaycan dili (dövlət dili) imtahanlarının nəticələri yaxın 5 gün ərzində elan olanacaq.   11-ci sinif buraxılış imtahanlarında istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin 3 həftə ərzində elan olunması nəzərdə tutulur.   Qeyd edək ki, iyunun 10-da rayon və şəhərlərin imtahan qrafikinə uyğun olaraq ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə buraxılış (qəbul) imtahanları keçirib.