Xalq artisti, Prezident təqaüdçüsü Teymur Mustafayev dəfn olunub.
 
Day.Az-ın məlumatına görə, onun cənazəsi səhər saatlarında doğma kəndinə gətirilib. T.Mustafayev öz vəsiyyəti ilə doğulduğu Cəlilabad rayonunun Alar kənd qəbiristanlığında - həyat yoldaşı və oğlunun məzarı yanında torpağa tapşırılıb.
 
Dəfn mərasimində Xalq artistinin ancaq ailə üzvləri iştirak edib.
 
Qeyd edək ki, Teymur Ağaxan oğlu Mustafayev ötən gün 82 yaşında vəfat edib. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi də T.Mustafayevin koronavirusdan öldüyünü açıqlayıb.Koronavirusdan vəfat edən xalq artisti torpağa tapşırıldı