Tramp polisə boğucu üsulların tətbiqinin qadağan olunmasından imtina edib
ABŞ prezidenti Donald Tramp bildirib ki, hərçənd afroamerikalı Corc Floydun saxlanılması zamanı polisin tətbiq etdiyi boğucu üsulu hüquq-mühafizə orqanlarının əməkdaşlarına qadağan etməyə dəyər, amma bəzən buna tamamilə bəraət qazandırmaq olar. Bu barədə “Report” “Reuters”ə istinadən xəbər verir. Ağ evin başçısı qeyd edib ki, zabitin həyatı üçün təhlükə belə üsulların tətbiqi üçün səbəb ola bilər. Məhz buna görə onları qəti qadağan etmək lazım deyil. "Boğucu üsulla yaxalamalar mənim xoşuma gəlmir, (amma - red) bəzən əgər sən təksənsə və kiminləsə dalaşırsansa, bu çətin olur", - Tramp əlavə edib. "Mən düşünürəm ki, bütovlükdə bu təcrübəyə son qoymaq hətta çox yaxşı olardı", - prezident deyib.  Bu şərhi dövlət başçısı Demokrat Partiyasının Konqresə polislərə şübhəli şəxsləri saxlayarakən onların boğucu üsullardan tətbiqini qadağan edən qanun layihəsini daxil etməsindən sonra verib. Qeyd edək ki, bəzi respublikaçılar bu təşəbbüsü dəstəkləyiblər.