Koronavirusun daha bir fəsadı: Sinir sisteminə təhlükə yaradır
Yeni növ koronavirusun səbəb olduğu daha bir problem elm adamlarına məlum olub.   Modern.az xəbər verir ki, COVİD-19 xəstəliyi bütün sinir sisteminə təhlükə törədir.

Amerikalı mütəxəssislər ABŞ-ın Şimal-Qərb Universitetinin xəstəxanasında müalicə olunan koronavirus xəstələrinin retrospektiv analizilərinin nəticəsini araşdırıb. Xəstələrin təxminən 50 faizində COVİD-19-un nevroloji fəsadları müşahidə edilib. Bu fəsadlar sırasında baş ağrısı və gicəllənməsi, sayıqlığın azalması, diqqət toplamaqda çətinliklər, dad və qoxu bilmənin itməsi, qıcolmalar, insult və əzələ ağrıları kimi simptomlar yer alıb.

Mütəxəssislər hesab edir ki, bu xəstəlik bütün sinir sisteminə, o cümlədən, beyin, onurğa beyni və sinirlərə təhlükə törədə bilər.

Bundan başqa, virus beynin və beyin qabığının birbaşa infeksiyasına yol aça bilər.