KİV: Ağ Ev koronavirusun ikinci dalğasının olmayacağını bəyan etdi
ABŞ rəhbərliyi ABŞ-da koronavirus infeksiyasının ikinci dalğasını gözləmir, ölkənin bəzi bölgələrində baş verə biləcək yoluxmalar isə nəzarət altına alınacaq.
Qaynarinfo xəbər verir ki, bu sözləri ABŞ Prezidentin iqtisadi məsələlər üzrə müşaviri Larri Kudlov deyib.
"Wall Street Journal”ın yazdığına görə, Kudlov bu sözlərlə qapalı görüşdə investorları inandırmağa çalışıb.
Kudlov koronavirus hadisələrinin sayının artdığı Cənubi Karolinanı misal çəkərək bunun Covid-19-un ikinci dalğası deyil, yalnız testlərin həcminin artması ilə əlaqədar olduğunu qeyd edib.
Trampın müşaviri mütəxəssislərin ikinci bir dalğanın olmayacağını vurğulayıb.
Hazırda ABŞ-da 2 milyondan çox koronavirus ilə yoluxma, 113 mindən çox ölüm qeyd edilib, 540 mindən çox insan isə sağalıb.