Pandemiya həyat və fəaliyətimizə necə təsir edir? - Əli Məsimli
"Koronavirus pandemiyası insanların sağlamığı ilə yanaşı, həyat və fəaliyətinin əksər sahələrinə də təsir edir”.
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Əli Məsimli deyib. Onun fikrincə, bunların arasında insanların evdən işləməsi xüsusi yer tutur:
"Dünyanın əksər ölkələrində karantin rejimində bir sıra iş sahələri, xüsusən də internet üzərindən işləyən qurumların əməkdaşları evdən çalışdı və onların xeyli hissəsi hazırda da çalışmaqda davam edir. Bir sıra şirkətlər karantindən sonra da evdən işin çevik təşkilini davam etdirməyi planlaşdırırlar. Məsələn, dünyanın ən iri şirkətlərindən olan "Amazon" şirkətində işçilərə minimum oktyabr ayına qədər evdən işləmək imkanı verilib. "Facebook" evdən işləmə qaydasını 2020-ci ilin sonuna qədər uzadıb və bu strategiyanı daha uzaq perspektivə tətbiq etməyi planlaşdırır. "Google" evdən işləmə təcrübəsi ilin sonuna kimi davam etdiriləcək. "Twitter"in rəhbərliyi arzu edənlərə həmişəlik evdən işləmək hüququ veriləcəyini bəyan edib. 
 
Əli Məsimli
Azərbaycanda da evdən işləmək usulu müəyyən dərəcədə tətbiq olunur. Bu sahədə karantin dövründə BP Şirkəti və onun ardınca Azərbaycan Dövlət Neft Şirkəti yaxşı nümunə göstərdi. Tədris və digər sahələrdə də evdən işləmək usulu tətbiq olunur. Məsələn, bizdə olan məlumata görə, onlayn təhsil üsulu ilə keçilən dərslərdə müəllimlərlə yanaşı, əksər valideyn və şagirdlər bu üsula ciddi yanaşsalar da, yayınma halları da az deyil. Milli Məclisdə tətbiq olunan usul da diqqətçəkəndir. Maya qədər komitə iclasları onlayn sisitemi ilə keçirilməsinə üstünlük verilirdi. Yalnz 2019-cu ilin dövlət büdcəsinin icrasına həsr olunmuş iclaslar sosial məsafə saxlamaq və digər şərtlərə əməl etməklə əvvəlki qaydada keçirildi”. 
Əli Məsimli qeyd edib ki, Azərbaycanın timsalnda evdə işləməyin işçilərin iş əmsalına necə təsir etdiyi barədə ümumiləşdirilmiş fikir yürütmək hələ tezdir: 
"Amma Milli Məclisin təcrübəsindən çıxış edərək demək olar ki, onlayın iclaslarda aktivlik adi iclaslardakından heç də geri qalmır. Əgər dünyanın iri şirkətləri bu ilin sonunadək, bir sıra şirktlər isə arzu edən işçilərə həmişəlik evdən işləmək hüququ veriləcəyini bəyan edibsə, əksər ölkələr bu yolda geniş planlar qururlarsa, həm də heç kim bu koronavirusun nə vaxt çəkilib gedəcəyini, nə vaxt vaksininin, effektiv müalicəsinin tapılacağını bilmirsə və bu səbəbdən dünya koronavirusla birgə yaşamaq planları üzərəndə işləyirsə, deməli, evdən işləmək üsulu müəyyən təkmilləşmələr yolu keçməklə Azərbaycanda da getdikcə genişlənə bilər. Xüsusən də evdən işləmək üsulu bir sıra obyektiv və subyektiv, psixoloji, bəzi insanların xarakterik xüsusiyyətləri ilə bağlı və sair səbəblər üzündən işçilərin daha çox hissəsinin iş əmsalına mənfi təsir göstərməsə, həmin üsulun internet üzərindən işləyən sahələrdə daha miqyaslı şəkildə genişlənməsi, həm də zəruri tələbatın olduğu hallarda əvvəlki üsulla işləməklə yanaşı, həftənin mümkün olan qədər digər günərinin isə evdən iş üsuluna keçməsi (məsələn, elmi-tədqiqatın laboratoriya təcrübələri istisna olmaqla əksər hissəsləri) ehtimalı böyükdür. İşlək nəzarət mexanizmi tətbiq edilməsi, şəffaflıq, hesabatlılıq, məsuliyyət və cavbdehliyin artırılması hesabına, eləcə də təşviqləndirici alətərin elə bir mühitini yaratmaq olar ki, evdən iş üsuluna faydalı iş əmsalı adi qaydadakı fəaliyyətdən xeyli çox olar. Bu, həm də, məsələn, Bakı kimi bir şəhərdə nəqliyyat sıxlığının xeyli azalmasına və sair bu kimi hallara da müsbət təsir göstərə bilər”.
Bahar Rüstəmli