İngiltərə “Brexit”in vaxtını UZATMADI
Böyük Britaniya və Avropa İttifaqı (Aİ) arasındakı münasibətlərin “Brexit” çərçivəsindəki keçid dövrü başa çatdı.

Modern.az xəbər verir ki, bu haqda məlumatı Aİ və Böyük Britaniya nümayəndələrinin birgə iştirakı ilə baş tutmuş görüşdən sonra Avrokomossiyanın vitse-prezidenti Maroş Şefçoviç yayıb.  Keçid dövrünün uzadılması ilə bağlı qərarın verilməsinın son vaxtı iyunun 30-na kimi müəyyənləşsə də, İngiltərə qərarını verib.  “İngiltərə qəti şəkildə prolonqasiyanın (vaxtın uzadılması) tələb edilməsini planlaşdırmadığını bildirib. Belə halda, yalnız birgə komitə qərar vermək səlahiyyətinə malikdir. Ona görə də bu məsələ ilə bağlı heç bir müzakirə aparılmayacaq” - deyə, Şefçoviç bildirib.   Yanvarın 31-də Böyük Britaniya Aİ-dan çıxıb. 2020-ci ilin sonuna kimi tərəflər münasibətlərin yeni formatı haqqında danışıqlar aparacaqlar. Hazırda Böyük Britaniya üzvlük haqqı versə də, Aİ-nın nizamnaməsi onun üçün keçərli olsa da, ölkə qərarların qəbul edilməsində iştirak etmir. Keçid dövrü bitdikdən sonra artıq bu amillər də ortadan qalxacaq. Uzunilik tərəfdaşlar gələcək əlaqələrlə bağlı danışıqlar aparsalar da, hələ ki, xüsusi bir irəliləyiş əldə etməyiblər.