Gürcüstanda daxili turizm bərpa edilib

Gürcüstanda bu gündən etibarən daxili turizm bərpa edilib.

 

APA-nın yerli bürosu xəbər verir ki, müvafiq qərar mayın 7-də Gürcüstan Qurumlararası Kordinasiya Şurasının İqtisadi Qrupu tərəfindən açıqlanıb. Qərara əsasən, iyunun 15-dən etibarən ölkə ərazisində fəaliyyət göstərən turizm obyektlərinin, daxili turların, həmçinin dövlət qoruqlarının fəaliyyətini  bərpa etməsinə icazə verilir.

 

Qeyd edək ki, Gürcüstan xarici turizmi iyulun 1-də bərpa etməyi planlaşdırır. Bu məqsədlə qonşu ölkələrə təhülkəsiz dəhlizlərin yaradılması istiqamətində müzakirələr aparılır.