Rusiyada işsizlərin sayı 1 milyon nəfərdən çox artıb
Rusiyada işsizlərin sayı iki ayda 1 milyon 50 min nəfər artaraq 4,5 milyon nəfərə çatıb. Musavat.com xəbər verir ki, Rusiyanın Əmək və Sosial Müdafiə naziri Anton Kotyakovun verdiyi məlumata görə, ölkədə rəsmi qeydiyyata alınmış işsiz sayı 2,4 milyon nəfərdir. Prezident Vladimir Putinin keçirdiyi müşavirədə çıxış edən nazir aprel-may aylarında işsiz sayında ciddi artım olduğunu bildirib. Belə ki, apreldə 450 min nəfər, mayda isə 930 min nəfər işsiz kimi rəsmi qeydiyyata alınıb: “Aprelin ortalarından mayın sonunadək həftədə orta hesabla 220 min vətəndaş işsiz kimi qeydiyyata alınıb. İyunda bu göstərici həftədə 155 min nəfər təşkil edir. Beləliklə, rəsmi qeydiyyata alınmış işsizlərin sayındakı artım tempi zəifləməyə başlayıb”. Nazir qeyd edib ki, işsiz qalan hər 2 nəfərdən biri dəstəklə təmin olunur. Kotyakovun sözlərinə görə, Rusiyada əmək bazarının 2020-ci ilin dördüncü rübündə sabitləşəcəyi gözlənir. Prezident V.Putin hökumətə işsizliyin artım dinamikasını nəzarətdə saxlamağı tapşırmaqla yanaşı, Rusiyada bu göstəricinin digər ölkələrə nisbətən aşağı olduğunu da qeyd edib. Bildirib ki, bir sıra ölkələrdə işsizlik 11-12 faizə çatdığı halda, Rusiyada 6 faiz civarındadır. Dünya,