“Eurovision 2021” bu tarixdə keçiriləcək
“Eurovision” mahnı müsabiqəsinin gələn il keçiriləcəyi tarixlər müəyyənləşib.   Modern.az-ın məlumatına görə, Rotterdamda keçiriləcək mahnı müsabiqəsinin yarımfinalları mayın 18 və 20-də, finalı isə mayın 22-də baş tutacaq.   Bu barədə mahnı müsabiqənin rəsmi saytı məlumat yayıb. Bildirilib ki, bu ilin mahnıları 2021-ci ildə təqdim edilə bilməz.   Qeyd edək ki, sözügedən müsabiqə koronavirus pandemiyasına görə təxirə salınmışdı.