Dünyada koronavirusa yoluxanların sayı 8 milyona çatır
Dünyada yeni növ koronavirusa yoluxanların sayı 8 milyon nəfərə çatır.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

İyunun 16-sı saat 12:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 118 502 nəfər yeni koronavirusa yoluxub, 3 255 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 7 941 791, ölənlərin isə 434 796 nəfərə çatıb.

Ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb - 3 841 609 yoluxma və 203 574 ölüm halı.

İkinci yerdə Avropa regionu qərarlaşıb. Burada yoluxanların sayı 2 434 184, ölənlərin sayı isə 188 779 nəfərə çatıb.

Üçüncü yeri Qərbi-Sakit okean regionu tutur, burada ümumilikdə 796 759 yoluxma və 17 558 ölüm halı qeydə alınıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.