Dağıstanda yaşananlara görə cinayət işi açıldı - 10 azərbaycanlı saxlanıldı
Rusiya İstintaq Komitəsi iyunun 15-də Azərbaycan-Rusiya sərhəddində baş verən kütləvi toqquşmalarla bağlı cinayət işi açıb.
Qaynarinfo Modern.az-a istinadən xəbər verir ki, cinayət işi Rusiya Cinayət Məcəlləsinin 318.2 (hakimiyyət nümayəndəsinin həyat və sağlamlığını təhdid qedən zorakılığın tətbiq olunması) və 167.1 (qəsdən özgə əmlakının məhv edilməsi” maddələri ilə iş açılıb.
İstintaq materiallarına görə, iyunun 15-də 400-ə qədər Azərbaycan vətəndaşı Dərbənd rayonunu Kullar kəndində yerləşən düşərgələrini tərk edərək "Qafqaz” trasını bağlamağa çalışıb.
"Kullar postunda Azərbaycan vətəndaşları polislərin əmrinə tabe olmayaraq daş və digər vasitələr tətbiq etməklə hüquq-mühafizə orqanları əməkdaşlarının sağlamlığı üçün təhlükə törədiblər”.
Rusiya tərəfi hadisə nəticəsində 9 hüquq-mühafizə orqanı əməkdaşının yaralandığı, 5 xidməti maşının zədələndiyi açıqlanıb. Hazırda faktla bağlı 10 nəfər saxlanılıb. Araşdırmalar davam etdirilir.