“Yoluxma sürətlə artır, cəmi 7 minə yaxın çarpayımız var” – TƏBİB sədri
"Modul tipli xəstəxanalar yaradılıb və bunun sayəsində hazırda 7 minə yaxın çarpayı var".   Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin (TƏBİB) İdarə heyətinin sədri Ramin Bayramlı bildirib.   O, təəssüflə qeyd edib ki, hazırda aktiv xəstə sayı 5 minə yaxındır:   "Yoluxma sürətlə artır. Həmçinin sağalma müddəti uzanır".