Teymur Mustafayevin ailə üzvlərindən götürülən testin nəticələri bəlli oldu
Koronavirusdan dünyasını dəyişən xalq artisti Teymur Mustafayevin ailə üzvlərindən götürülən testin nəticələri məlum olub.
Unikal.org-un əldə etdiyi məlumata görə, xalq artistinin oğlu Seymur Mustafayevin və digər ailə üzvlərinin nəticəsi neqativ çıxıb. Bununla da onların heç birində koronavirus aşkarlanmayıb.