“Biz bu gün Azərbaycanın intellektual tamaşaçılarını özümüzdən küsdürmüşük...”
“Harda ki, sənət aktyor işi, normal rejissor işi var, kino, bədii film bədii estetikasının qoyduğu tələblərə cavab verilir, onda da filmə baxılır”
Bunu Moderator.az-a açıqlamasında Əməkdar artist Azad Şükürov deyib. O, çəkildiyi bir neçə serialların tamaşaçılar tərəfindən rəğbətlə qarşılandığını bildirib:
“Doğrusu, mən ancaq özüm çəkildiyim seriallarla az-çox maraqlanıram. Son illər çəkildiyim “Vicdan haqqı” serialına çox baxılır, tamaşaçılar tərəfindən bəyənilir. Harda ki, sənət aktyor işi, normal rejissor işi var, kino, bədii film bədii estetikasının qoyduğu tələblərə cavab verilir, onda da filmə baxılır. Ssenarinin yazılmasıdı, filmin çəkilməsidi, kadırın qurulmasıdı, operator işi və sair hamısı çox mürəkkəb peşələrdir və sadəcə olaraq serial çəkənlərin çoxu buna fikir vermirlər, yaddarından çıxarırlar. Ona görə də film zəif alınır, baxılmır. Hamı istəyir ki, yaxşı məhsul alsın. Seriallarda oynayanların çoxu qardaşlarım, tələbələrim, bacı və yoldaşlarımdır, amma görəndə ki, serial zəifdir onda mən də kanalı dəyişirəm. Burda tamaşaçıdan küsüb incimək olmaz. Zəif, ailəmi, uşağımı təhiq edən, arvadının kişiyə qapaz vurduğu seriala niyə baxmalıyam ki, ən hörmətli kişilərdən biriyəm. Ona görə də insanlar bir çox seriallara baxmırlar. Bir var gülüş, bir də var hırtıltı. Bizim komediya seriallarımızın çoxundakı gülüş yox, hırtıltıdır. Azərbaycanın intellektual tamaşaçısı var və biz bu gün onu özümüzdən küsdürmüşük”.