Corc Floyd adına ticarət brendi yaradılır
ABŞ-da polislər tərəfindən öldürülən afroamerikalı Corc Floydun ailəsi öz brendini qeydiyyatdan keçirmək üçün aidiyyatı qurumlara müraciət edib.
Bu baradə “Qovorit Moskva” radiosunun “Telegram” kanalında məlumat verilib.
Ticarət markası “Corc Floyd Fondu” adlanır.
Qeyd edək ki, ABŞ-da afroamerikalı Corc Floydun polis zorakılığı nəticəsində ölümünə etiraz olaraq, 2020-ci il mayın 26-dan başlayaraq etiraz aksiyaları keçirilir.