"Amnistiya aktı hazırlanmalıdır... "– “İlk növbədə xəstəliyi olan məhbuslara şamil olunmalıdır”
Azərbaycanda koronavirus infeksiyasına yoluxanların sayının kəskin artması həbsxanada cəza çəkən məhbusların durumunu bir daha gündəmə gətirir. Xatırladaq ki, ötən ay 30-dan çox məhkum təhlükəli virusa yoluxduğuna görə ixtisaslaşdırılımı müalicə müəssisələrinə yerləşdirilmişdi. Mütəxəssislər, ekspertlər bildirirlər ki, hazırki şəraitdə dövlət ququrmları məhbusları pandemiyanın təsirlərindən qorumaq üçün müvafiq addımları davam etdirməlidirlər. Xatırladaq ki, maprel ayında Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə yaşı 65-dən çox olan 175 dustaq azadlığa buraxılmışdı. Hazırda həbsxanalarda 20 mindən artıq məhkum saxlanılır. Həbsxanada karantin şərtlərincə ciddi riayət olunsa belə, məhkum sıxlığı, onların saxlanma şəraiti barədə bəzi məlumatlar narahatlığa yol açır.  Ekspertlər xarici təcrübəyə istinad edərək ilk növbədə koronavirus infeksiyası üçün böyük risk mənbəyi olan şəkərli diabet, ürək-damar xəstəliklərindən əziyyət çəkən, habelə az ağır cinayətlərə görə məhkum edilmiş şəxslərin azadlığa buraxılmasını vacib sayırlar. Tanınmış vəkil Fuad Ağayev də "AzPolitika.info"-ya bildirib ki, ilk növbədə xəstəliyi olan, ağır və xüsusilə ağır olmayan cinayətlərə görə məhkum edilmiş şəxslərə, cəza müddətinin bitməsinə 1 il və daha az müddət qalan şəxslərə amnistiya aktı şamil olunmalıdır: "Əlbəttə, mən bu aktın layihəsini də hazırlaya bilərəm. Lakin, iqtidar buna müxalifət layihəsi adı verib, qərəzli yanaşa bilər. Milli Məclisdə belə layihə hazırlaya bilən adam var. Əgər düşünürsünüzsə ki, onun adı Erkin Qədirlidir, bu belə deyil". F. Ağayev parlament üzvlərindən peşəkar mütəxəssis kimi deputat Nizami Səfərovun adını çəkib. Onun peşəkar, qanunvericilik texnikasını bilən biri kimi belə amnistiya aktı hazırılaya biləciyini vurğulayıb.