20 il ərzində 4 dəfə Prokurorluq orqanlarından qovulan rayon prokuroru kimdir?
Bacı hesabına rayon prokuroru vəzifəsinə təyin olunan Elxan Əbdürrəhimov kimdir?

Zakir Qaralov ölkənin Baş Prokuroru olduğu 20  il ərzində onun barəsində çoxsaylı xoşagəlməz məlumatlara rast gəldik və onun yarıtmaz fəaliyyətindən biz də ictimaiyyətə yetərincə məlumat verməyə çalışdıq.  Lakin bu günlərdə redaksiyamıza "Toğrul57-57 "adlı mənbədən Xaçmaz rayon prokuroru vəzifəsini icra edən Elxan Əbdürrəhimov barəsində maraqlı məlumat daxil olduğu üçün biz də onun fəaliyyəti ilə bağlı kiçik araşdırma apardıq.

Z.Qaralovun 20 il Baş Prokuror vəzifəsində çalışdığı  dövrdə E.Əbdürrəhimov  4 dəfə Prokurorluq orqanlarından qovulub və  hər dəfə yenidən xidmətə bərpa olunub. E.Əbdürrəhimovun 4 dəfə Prokurorluqda işinə  qayıtmasına yardımçı olan  şəxs isə onun  doğma bacısı olub.  Elxan Əbdürrəhimov  özü də dırnaqarası qəhrəmanlığından danışanda bacısına minnətdar olduğunu dəfələrlə bildirib. Guya onun bacısı siyasi hakim elitaya yaxın olduğu üçün o dəfələrlə Prokurorluq orqanlarından qovulsa da, sonda bacısının hesabına rayon prokuroru vəzifəsinə təyin olunmasına nail olub.

E. Əbdürrəhimov  neçə illər ərzində Xaçmaz rayon prokuroru vəzifəsində çalışıb və bu müddətdə  ərazidə törədilən bir çox cinayətlərin obyektiv araşdırılmasına şəxsi maraqları naminə müdaxilə edib.
Xaçmaz rayonunda apardığımız araşdırmalardan məlum oldu ki, bir çox hadisələr hansısa maraq naminə  E.Əbdürrəhimov  tərəfindən obyektiv araşdırılmayıb. 20 il ərzində bir neçə dəfə  Prokurorluq orqanlarından qovulan şəxs sonda rayon prokuroru vəzifəsinə təyin olunubsa, həmin rayonda Prokurorluq tərəfindən hansısa obyektiv araşdırmadan söz gedə bilməz.   Yazının bu yerində el arasında işlənilən bir misal yada düşdü: “Yaxşı oğulu atasına görə tanıyarlar” . Mövzunu diqqətdə saxlayacayıq. Araşdırmamız davam edir.

Hörmətlə, M.Rasimoğlu

Legion.az