Toyuq ətində xloroform aşkarlanıb - Rusiyada
«Roskaçestvo» toyuq filesində xloroform aşkarlayıb. Təşkilatın xəbərinə istinadla bu barədə «TASS» agentliyi yazıb. Ekspertlər qeyd edirlər ki, toyuq ətinin xlor tərkibli preparatlarla emal edilməsi barədə istehlakçıların qorxusunun əsaslı olduğu ortaya çıxıb. Belə ki, 15 istehsalçıdan 9-nun məhsulunda xloroform aşkar olunub. Bu zaman, aşkar edilən maddənin konsentrasiyasına əsasən, tədqiqatçılar belə nəticə çıxarıblar ki, xloroform fileyə istehsal müəssisələrində su təchizatı şəbəkəsindən kifayət qədər təmizləməyə məruz qalmamış sudan keçib. Bundan başqa, onlarla çeşid məhsulda antibiotiklərin izi aşkar edilib. Dəqiqləşdirilir ki, ekspertlər bir bağlısının qiyməti 225-350 rubl təşkil edən məhsulu analizdən keçiriblər. Onlar toyuq ətini antibiotiklərin, hormonların, nəm tutumlu komponentlərin iştirakı predmetinə, qida dəyəri və mikrobioloji təhlükəsizlik predmetinə yoxlayıblar. Toyuq ətinin xlor tərkibli maddələrlə emal edilməsindən başqa bir versiya da var. Uzun müddət saxlanma və daşınma prosesi zamanı donu açılmış toyuq ətini əksər istehsalçılar və topdan satanlar təkrar dondurmazdan əvvəl xlorla (xlor tərkibli məhlulla) «dezinfeksiya» edirlər. Azərbaycanın istelak bazarında da analoji vəziyyət hökm sürür, sadəcə bu gerçəyi ortaya qoyacaq bir «səlahiyyətli orqan» yoxdur - daha doğrusu, var, amma fəaliyyəti gözə dəymir. Odur ki, heç olmasa, yay mövsümündə istehlakçılara dondurulmuş toyuq ətindən imtina etməyi məsləhət görürük. AzPolitika.info