Avropa Məhkəməsi tanınmış vəkilin iddasını təmin etdi - 18 min avro təzminat kəsdi
Avropa İnsan Haqları Məhkəməsi (AİHM) iyunun 25-də Azərbaycandan göndərilmiş şikayətlər üzrə növbəti qərarını elan edib.  "AzPolitika.info" xəbər verir ki, bu qərar hüquqşunas Xalid Bağırovun vəkillik fəaliyyətinin bir illiyinə dayandırılması, daha sonra isə onun vəkillik fəaliyyətinə ümumiyyətlə xitam verilməsi ilə əlaqəlidir. AİHM qərarında X.Bağırovun iddia etdiyi pozuntuların əksəriyyətini tanıyıb. Məhkəmə hesab edib ki, X.Bağırova münasibətdə Konvensiyanın 10-cu (ifadə azadlığı) və 8-ci (şəxsi həyata hörmət) maddələrinin pozuntusuna yol verilib. Azərbaycan hökuməti Vəkillər Kollegiyasının cəzalandırdığı hüquqçuya buna görə 18 min avro təzminat ödəməlidir.