İcra başçısının müavininin qardaşı narkotiklə tutuldu
Ağstafa Rayon İcra Hakimiyyəti başçısının müavini Aydın Hacıyevin qardaşı Babək Hacıyev narkotik maddə olan heroinlə saxlanılıb. LEGİON.AZ Report-a istinadən xəbər verir ki, 1968-ci il təvəllüdlü Babək Hacıyev polisin bu gün keçirdiyi əməliyyat zamanı külli miqdarda narkotik maddə ilə saxlanılıb. Qeyd edilir ki, onun üzərinə baxış keçirilən zaman 4 qram heroin aşkarlanıb. Məlumata görə, icra başçısı müavininin qardaşının avtomobilində də külli miqdarda narkotik maddə aşkarlanıb. Faktla bağlı araşdırmalar aparılır.