Bill Geytsdən VİRUS AÇIQLAMASI: “Yer kürəsinin 60-70%-i yoluxacaq”
Microsoft şirkətinin keçmiş prezidenti, dünyanın ən zəngin ikinci iş adamı Bill Geyts koronavirus pandemiyası ilə bağlı yeni açıqlama verib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, milyarder kəşf olunacaq vaksinin virusun yayılmasının qarşısını almayacağı fikrindədir. O, Minnesota Universitetinin İnfeksion Xəstəliklərin Tədqiqi Mərkəzinin direktoru Maykl Osterholmun fikri ilə də razılaşıb. Osterholm planetin 60-70%-nin virusa tutulacağını proqnoz etmişdi.
“Vaksinin kəşfi koronavirusun yayılmayacağı təminatını vermir. Virsuun yayılması Yer kürəsi sakinlərinin 60-70%-i yoluxmayana qədər davam edəcək”.
Bununla belə, milyarder vaksinin 2 məsələdə - insanların fərdi müdafiə qabiliyyətinin artmasında və xəstəliyi başqalarına keçirməsinə mane olacağı fikrindədir.
Bill Geyts dünya əhalisinin peyvənd olunması üçün 1,6 milyard dollar vəsait ayırıb.