Diqqət, diqqət! "Dələduz" bu dəfə də İlham Rəhimova “atmaq” istəyir?
Məşhur sovet filmi olan “12 stul” kinofilmindən Ostap Benderi əlbət çoxlarınız xatırlayırsınız. Bugün də  21-ci əsrin Ostap Benderlərinə tez-tez rast gəlmək olur. Belə müasir  Ostaplardan biri də Daxili İşlər orqanlarından qovulan, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206-cı maddəsi ilə məhkum olunan Tağıyev Toğrul Mahmud oğludur.  T.Tağıyevin əslən Gəncə şəhərindən olan iş adamı Elman Şirinovu və tanınmış iş adamı ,Rusiya vətəndaşı, əslən Ağcəbədi rayonundan olan “Moskva Şamil” ləqəbli Şamil Qurbanovun 650 min ABŞ dolları pulunu dələduzluq yolu ilə mənimsəməsi barədə ictimaiyyətə yetərincə məlumat vermişəm.   Hətta Baş Prokuror Zakir Qaralova rüşvət verildiyi üçün T.Tağıyev barəsində heç bir tədbir görülmədiyi barədə mətbuatda  bir çox məlumatlara rast gəlmək olur. Ancaq T.Tağıyevin  dələduz əməlləri bunlarla  bitmir. Belə ki, məlumata görə  T.Tağıyev Azərbaycandan savayı bir neçə xarici ölkələrdə də dələduzluq etmək üçün həmin ölkələrin tanınmış iş adamları ilə istirahət məkanlarında tanış olur və özünü Azərbaycandan olan iş adamı kimi təqdim edir. Və planlaşdırdığı cinayətləri həyata keçirtmək üçün hal-hazırda bu "dələduza" maliyyə yardımı lazımdır. Apardığım araşdırmadan məlum oldu ki, T.Tağıyev “hər şeyini” girov qoyaraq  "Yapı Kredi Bank Azərbaycan"-a qarşı da dələduzluq edərək, həmin bankdan 3 milyon ABŞ dolları kredit götürüb. Artıq 3 ildən çoxdur ki, T.Tağıyev banka olan borcunu ödəməkdən boyun qaçırır və bankın qara siyahısında olan müştərilərinin siyahısına əlavə olunub. Bank, işini tədbirli görərək T.Tağıyevi məhkəməyə verib, onun girovda olan “hər şeyini” satışa çıxarmağa hazırlaşır.

 Ancaq T.Tağıyev də  işini tədbirli  tutaraq , yeni dələduzluq planını həyata keçirib  banka olan borcunu birdəfəlik bağlamaq istəyir. Son illər ərzində T.Tağıyev hüquq elmləri doktoru, tanınmış iş adamı İlham Rəhimovun Moskva şəhərində “Peykan” ləqəbli Teymur adlı sağ əli ilə iş görməyə çalışır. Teymur Rusiyanın FTX tərəfindən müsadirə olunmuş depozitdəki bütün pulları hesabdan hesaba keçirərək, özünün daxili krediti kimi iş adamlarına təqdim edir.

  T.Tağıyev də Teymurdan 5 milyon ABŞ dolları daxili kredit şəkilində alıb ona “atmaq” istəyir ki, banka olan borcunu bağlayaraq, “hər şeyini” girovdan çıxara bilsin. Məlumat üçün bildirim ki, T.Tağıyevi Teymurla tanış edən, Naftalan rayonundan, hazırda Rusiyanın Saratov şəhərində yaşayan “oyuncaq” ləqəbli keçmiş briqada komandiri Rasim Əkbərovun “oyuncağı” olan Nəbizadə Məmmədəli Oruc oğlu olub. Buna görə də diqqət! Dələduz Toğrul Tağıyevin toruna düşməmək üçün bunu tanışlarınızla paylaşın ki, onlar da T.Tağıyevdən məlumatlı olsunlar və təqdim etdiyim fotolardan onu tanısınlar.   Google-da  T.Tağıyevin adını və soyadını yazsanız, bir çox maraqlı məlumatlara rast gələcəksiniz. Dələduzların ən qorxduğu yer mətbuatdır. Belə  ki, "dələduzu" ictimaiyyətdə tanısalar, o bu peşə ilə birdəfəlik vidalaşmalı olur .


 Mənim bu yazım oxuculara üç dildə təqdim olunacaq, azərbaycan, rus və ingilis. Oxucuda sual  yarana bilər ki, niyə məhz üç dildə? Bir daha xatırlatmaq istəyirəm ki, T.Tağıyev beynəlxalq dələduzların siyahısındadır. Mövzunu diqqətdə saxlayacam.  

Mahmud Rasimoğlu
  Legion.az