İsrail qırıcıları Qəzza zolağına zərbələr endirib
İsrail Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri Qəzza zolağında Həmasın mövqelərinə hava zərbələri endirib. Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə İsrailin müdafiə ordusunun mətbuat xidmətindən bildiriblər. Məlumatda deyilir: "Qəzza zolağından İsrail ərazisinə atılan raketlərə cavab olaraq bizim qırıcı təyyarələrimiz HƏMAS-ın Qəzzadakı raket istehsalı sexi və silah istehsalı obyektinə zərbələr endirib".