Ramin Bayramlı Operativ Qərargahın brifinqində niyə iştirak etmir? - AÇIQLAMA
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı son günlər Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqlərində görünmür. Yoluxmaların sürətlə artdığı bir dövrdə onun ölkənin ən vacib tədbirinə qatılmaması cəmiyyətdə müzakirələrə səbəb olub. Qurumun mətbuat katibi Rəvanə Əliyeva BAKU.WS-ə açıqlamasında Bayramlının brifinqlərə qatılmamasını belə izah etdi: “Operativ Qərargahın brifinqində aidiyyətli mövzu olanda Ramin doktor çıxıb danışır. Brifinq Operativ Qərargah tərəfindən təşkil edildiyindən bu sualı onlara ünvanlayın. Bizə aid mövzu olarsa, yenə Ramin bəy çıxıb danışacaq”.