Milli mətbuatın 145 illiyi yeni qaydada qeyd olunacaq
Azərbaycan milli mətbuatının 145 illik yubileyi tədbirləri koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejiminin tələbləri və Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələri nəzərə alınmaqla keçiriləcək. "Report" xəbər verir ki, bu, Prezident İlham Əliyevin iyunun 30-da imzaladığı "Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında" sərəncamda öz əksini tapıb. Prezident Administrasiyasına (PA) koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar Azərbaycan ərazisində tətbiq edilən xüsusi karantin rejiminin tələbləri və Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələri nəzərə alınmaqla yubiley tədbirlərinin keçirilməsini təmin etmək tapşırılıb.