Bölgələr üzrə koronavirusa yoluxma faizi açıqlanıb
Koronavirusa ümumi yoluxmanın 55,1 faizi Bakıya düşür.
Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
Onun sözlərinə görə, Abşeron 16,3 faiz, Gəncə-Qazax 8,4 faiz, Aran 7,5%, Lənkəran 5,8 %, Quba-Xaçmaz 1,6 %, Şəki-Zaqatala 1,4%, Yuxarı Qarabağ 1,1%, Dağlıq Şirvan 1,2% təşkil edir. Yoluxmanın 1,3 %-i xaricdən gələnlərdə aşkarlanıb.