Hazırda əsas diqqət mağaza və marketlərə yönəlib - Prezidentin köməkçisi
Şəhər daxilində postların ləğvi müşahidə edilən sıxlığın aradan qaldırılmasına xidmət edir. 
Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Prezidentinin köməkçisi Şahmar Mövsümov bildirib. 
Ş.Mövsümov qeyd edib ki, hazırda əsas diqqət vətəndaşların daha sıx olduğu mağaza və marketlərə yönəldilir. 
O həmçinin deyib ki, sabahdan etibarən 5 nəfərdən çox toplaşma halı müəyyən ediləcəksə, qanunamüvafiq tədbirlər həyata keçiriləcək.