Trampın oğlunun sevgilisi koronavirusa yoluxdu
Dövlət başçısının təşviqat qərargahında işləyən ABŞ prezidenti Donald Trampın böyük oğlunun rəfiqəsi koronavirusa yoluxub. 

Qaynarinfo xəbər verir ki, bu haqda "The New York Times” qəzeti məlumat yayıb.
Söhbət kiçik Donald Trampın sevgilisi Kimberli Gilfoyldan gedir. Nəşrin yazdığına görə, qız Trampın Müstəqillik Günüylə bağlı Raşmor dağındakı çıxışından əvvəl Covid-19-u müəyyənləşdirmək üçün testdən keçib. Təhlil nəticəsi müsbət çıxıb.
Gilfoylun koronavirusa xas olan simptomlarla qarşılaşmadığı, eyni zamanda ABŞ prezidenti ilə ünsiyyətdə olmadığı iddia edilir. Dövlət başçısının böyük oğlundakı koronavirus testi isə mənfi nəticə verib.
Daha əvvəl Trampın çevrəsindən ABŞ-ın vitse-prezidenti Maykl Pensin mətbuat katibi, Amerika liderinin müşaviri, həmçinin Ağ Evdə xidmət edən ABŞ Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçusu Stiven Millerin həyat yoldaşı Kati Millerdə koronavirus aşkar edilmişdi.