Azərbaycanda iki polis zabiti koronavirusdan vəfat etdi
Azərbaycanda iki polis əməkdaşı koronavirusdan ölüb. Report-un məlumatına görə, Bakı şəhərində xəstəxanada müalicə olunan həmin şəxslərdən biri iyulun 1-də, digəri isə iyulun 4-də vəfat edib. Həmin şəxslər polis polkovnik-leytenantı və polis mayoru rütbəsində olub. Məlumata görə, polis polkovnik-leytenantının ölümündən bir gün əvvəl anası da vəfat edib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti Report-a faktı təsdiqləyib.