Azərbaycanda polkovnik və mayor koronavirusdan öldü
Azərbaycanda 2 polis əməkdaşı koronavirsudan ölüb. HİT.Az-ın “Report”a istinadən məlumatına görə, Bakı şəhərində xəstəxanada müalicə olunan həmin şəxslərdən biri iyulun 1-də, digəri isə iyulun 4-də dünyasını dəyişib. Həmin şəxslər polis polkovnik-leytenantı və polis mayoru rütbəsində olub. Məlumata görə, polis polkovnik-leytenantın ölümündən bir gün əvvəl anası da vəfat edib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti faktı təsdiqləyib.