İş adamının jurnalistləri təhqir edən qalmaqallı oğlu saxlanıldı
Sərtləşdirilmiş xüsusi karantin rejimini pozaraq "Fairmont Baku" hotelində istirahət edən şəxslərdən daha biri saxlanılıb. “Report”un xəbərinə görə, bu, hoteldən çıxarkən jurnalistləri təhqir edən 1992-ci ildə Cəlilabad rayonunda anadan olmuş İsmayıl Babayevdir. O, iş adamı Fətulla Babayevin oğludur. "Maşallah, hara gedirik, oralar quruyur. Sağ olsun, hansısa işverənlər paylaşımlarımızı saytlara verdilər və "Fairmont" da bağlandı. Rahat olun, xəbər saytları, bizi buradan da etdiniz. Görək, növbəti istirahətimizi etməyə haranı tapırıq", - deyə o, “İnstagram” hesabında paylaşdığı videoda bildirmişdi. Ona hansı cəza veriləcəyi hələ məlum deyil. Bu, İ.Babayevin ilk qalmaqallı hadisəsi deyil. O, ötən il idarə etdiyi “Mercedes Gelandewagen” markalı avtomobili digər 3 avtomobilə çırpmışdı.