Kamal Qılıcovun həyat yoldaşının mobil telefonundan Ermənistana zəng olunub?
Vaxtılə Baş Prokurorluqda vəzifəni itirməmək üçün Ermənistana zəng etməliydi?

 Keçən yazımızda Zakir Qaralovun anasının erməni olduğundan və onun ”dığalarının” hələdə hüquq-mühafizə orqanlarında fəaliyyət göstərib vətəndaşlardan hədə-qorxu ilə pul tələb etmələri barədə söz açmışdım.  Deyilənlərə görə bu məlumatlar ictimaiyyətdə böyük rezonans doğurub. Hətta həmin yazıdan sonra redaksiyamızın elektron poçtuna bu mövzu ilə əlaqədər olaraq bir çox maraqlı informasiyalar daxil olub. Lakin ən maraqlı məlumatlar bəndənizin saxlandığı Penitensiar xidmətin  9 saylı Cəzaçəkmə müəssisəsində, məhkumların arasında danışılan əhvalatlardan üzə çıxır. Saxlandığım cəzaçəkmə müəssisəsi digər cəzaçəkmə müəssisələrindən , burada keçmiş MTN generallarından başlayaraq, bir çox tanınmış şəxslərin saxlanılması ilə fərqlənir.  Adının çəkilməyini istəməyən məhkumlardan biri ilə söhbət zamanı məlum oldu ki,vaxtılə bu cəzaçəkmə müəssisəsində cəza çəkənlərdən biri də keçmiş MTN-in Əks-Kəşfiyyat Baş İdarəsinin keçmiş şöbə rəisi Mirəziz  Əsgərov olub. M.Əsgərov  həmin əhvalatı mənə danışan məhkuma bildirib ki, o şöbə rəisi işləyən vaxt çox maraqlı bir hadisə ilə üzləşib. Belə ki, Baş Prokurorluğun idarə rəisi Kamal Qılıcovun həyat yoldaşı Kəmalə Qılıcova turist kimi Türkiyədə olan vaxt digər turistlərlə birlikdə dağlıq əraziyə səyahət edib.


K.Qılıcovanın əlində olan mobil telefonunda quraşdırılan Azercell   mobil kartı da  rominq  sisteminə qoşulu olub.  K.Qılıcova digər turistlərlə dağlıq ərazisində olan vaxt onun mobil telefonundan Ermənistana zəng olunub.  Düzdür, çox güman ki, K.Qılıcovanın mobil telefonu rominqdə olaraq Turkcell mobil operatoruna qoşulduğu üçün o elə bilib ki, Ermənistana olunan zəng Azərbaycan tərəfindən nəzarətə götürülməyəcək. Ancaq K.Qılıcova Azərbaycana dönən kimi M.Seyidov tərəfindən dindirilib və ona məxsus mobil telefonundan Ermənistanda kimə zəng vurulduğu bildirilib. K.Qılıcovanın izahatı isə belə olub:   “Mən Türkiyədə digər turistlərlə dağlıq ərazidə olanda, turistlərdən olan bir xanımın yolda halı pisləşdi və o məndən xahiş etdi ki, mənim mobil telefonumdan ailə üzvlərinə zəng etsin. Mən də onun halının pisləşdiyini nəzərə alaraq , insanlıq naminə öz mobil telefonumu ona verdim, ancaq hara zəng etdiyini bilmədim”.

  M.Seyidov K.Qılıcovanın izahatını alandan sonra öz araşdırmasını aparıb və ona məlum olub ki, K.Qılıcovanın mobil telefonundan Ermənistana K.Qılıcovanın özü zəng edib. K.Qılıcovanın zənginin  mövzusu isə Z.Qaralov tərəfindən həyat yoldaşı, general K.Qılıcovun tutduğu vəzifədən azad olunması məsələsinin gündəmə gəldiyi olub. K.Qılıcov vəzifəsini itirməmək üçün onun həyat yoldaşı məcbur olaraq Z.Qaralovun Ermənistandaki ana qohumundan generalın xahişini edibmiş. Yəni, bir sözlə vaxtılə  K.Qılıcov Azərbaycanın Baş Prokurorluğunda  vəzifəsini itirməmək üçün Ermənistanda yaşayan Z.Qaralovun ana qohumlarına özünü mütləq tapşırmalıydı.     Bir çoxlarınıza məlumdur ki, bəndəniz bu cür araşdırmalar apardığına görə Z.Qaralovun sifarişi ilə onun “dığaları” tərəfindən şərlənərək həbs olunub. Və Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fikrət Qəribov tərəfindən 12 il azadlıqdan məhrum olunmuşam. Bu gün Z.Qaralov vəzifədə olmasa da, mən hələ də həbsdəyəm. Ancaq düşmənlərim bilsinlər ki, Mahmud Rasimoğlunun qələmi var. Və mən bacardığım qədər çalışacam ki, bu insanların qaranlıq tərəflərini ictimaiyyətə təqdim edim.  

Hörmətlə, Mahmud Rasimoğlu