Rusiyada Safronovu dəstəkləyən 20-dən çox jurnalist saxlanılıb
Rusiyada hüquq-mühafizə orqanlarının əməkdaşları, dövlətə xəyanət şübhəsi ilə saxlanılan "Roskosmos" rəhbərinin müşaviri, jurnalist İvan Safronovun saxlanılmasına dair keçirilən etiraz aksiyasının 20-dən çox iştirakçısını saxlayıb.

 SalamNews xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb.

"Bu gün Lubyanka meydanında Federal Qanunu pozan bir qrup vətəndaş razılaşdırılmamış mitinq təşkil edib. Polis əməkdaşları 20-dən çox iştirakçını saxlayıb", məlumatda deyilir.

Saxlanılanlar ərazidəki polis bölmələrinə aparılıb.

Rusiyada Safronovu dəstəkləyən 20-dən çox jurnalist saxlanılıb
Rusiyada Safronovu dəstəkləyən 20-dən çox jurnalist saxlanılıb
Rusiyada Safronovu dəstəkləyən 20-dən çox jurnalist saxlanılıb