Bu ölkədə COVID-19-la bağlı məhdudiyyətlər iğtişaşlara YOL AÇDI
Belqradın mərkəzində COVID-19-la bağlı tətbiq edilən məhdudiyyətlər iğtişaşlara yol açıb. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, virusa yoluxanların son günlər artması hökuməti komendant saatını bərpa etməyə vadar edib.   Etirazçılar parlament binasına hücum ediblər. Polis cavab olaraq bibər qazı və dəyənəklərdən istifadə edib. Polis rəisi Vladimir Rebiç aksiya zamanı bir neçə etirazçının saxlanıldığını, bir neçə polisin yaralandığını əlavə edib.