Gürcüstanda koronavirusa yoluxanların sayı 960-ı ötdü
Gürcüstanda daha 5 nəfərin koronavirusa yoluxması təsdiqlənib. “Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib. Bununla da, qonşu ölkədə indiyədək COVID-19 aşkarlanan şəxslərin sayı 963-ə çatıb. Onların 841-i artıq sağalıb, 15-i isə dünyasını dəyişib. Hazırda ölkə üzrə karantində 3 903, tibbi nəzarətdə isə 202 nəfər saxlanılır.