Azərbaycanda daha doqquz nəfər koronavirusdan öldü, 542 yeni yoluxma
Azərbaycanda daha 542 nəfərin koronavirusa yoluxduğu aşkarlanıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Qeyd edilib ki, ötən sutka ərzində 465 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış doqquz nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 21 916 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 13 100 nəfər müalicə olunaraq sağalıb, 274 nəfər vəfat edib, 8 542 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 355, ötən müddət ərzində isə ümumilikdə 537 230 test aparılıb.