Dağıstanda meşə yanğınları tüğyan edir
Dağıstanda meşə yanğınlarının bürüdüyü ərazilər 140 hektara çatıb. “Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, alovların söndürülməsi üçün bir ədəd “Mi-8” tipli helikopter və bir ədəd “Be-200 ÇS” tipli amfibiya təyyarəsi də cəlb edilib. Bölgədə isti havalar üzündən alovla mübarizənin çətinləşdiyi bildirilir. İyulun 6-da Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhəri yaxınlığında və Qarabudaqkənd rayonunda 130 hektar ərazinin meşə yanğınlarına məruz qaldığı, alovları söndürmək üçün 230 nəfər canlı qüvvə və 30-dək texnika cəlb edildiyi açıqlanmışdı.