Dünyada koronavirusa yoluxanların sayı 12 milyonu keçdi
Dünyada koronavirusa yoluxanların sayı 12 milyonu keçib.
Bu barədə onlayn statistikasında qeyd edilir.
Ən son məlumatlara görə, hazırda dünya üzrə yoluxmuş xəstə sayı 12 055 261 nəfərdir.
Virusdan 548 998 nəfər ölüb, 6 990 642 xəstə sağalıb.
ABŞ-da koronavirusa yoluxanların sayı 3 120 481-ə bərabərdir. Bu ölkədə 134 309 nəfər COVID-19-un qurbanı olub.
Azərbaycanın şimal qonşusu Rusiya yoluxma sayına görə dünya ölkələri arasında ilk dördlüyə daxildir. RF-də koronavirusa yoluxan 700 792 nəfərin 10 667-si ölüb.