Gürcüstanda koronavirusa yoluxanların sayı 968-ə çatdı
Gürcüstanda son sutka ərzində koronavirusa 5 yeni yoluxma faktı müəyyənləşib, 3 pasiyent sağalıb. “Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib. Bununla da, qonşu ölkədə indiyədək COVID-19-a yoluxanların sayı 968, sağalanların sayı isə 844-ə çatıb. Xəstəlikdən vəfat edənlərin sayı 15 nəfərdir. Hazırda Gürcüstan üzrə karantində 4 425, tibbi nəzarətdə isə 222 nəfər saxlanılır.