Azərbaycanda rəis müavini ailəsi ilə birgə koronavirusa yoluxdu
Azərbaycanda yüksək vəzifəli polis zabiti və ailə üzvləri koronavirusa yoluxub. Turkustan.info-nun əldə etdiyi məlumata görə, İmişli rayon Polis Şöbəsinin rəis müavini Habil Məmmədov və ailə üzvlərinin bir neçəsində koronavirus testinin nəticəsi pozitiv çıxıb. Hazırda onların Bakıda xəstəxanalardan birində müalicəsi davam etdirilir.  /Unikal.org/