MƏMMƏDYAROVDAN DTX-nın ƏMƏLİYYATI İLƏ BAĞLI AÇIQLAMA - "İstefa verəcəyimlə bağlı..."
Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizlik Xidmətinin iyulun 3-də Xarici İşlər Nazirliyində (XİN) keçirdiyi əməliyyat nəticəsində qurumun üç vəzifəli şəxsi həbs olunub. Unikal.org-a açıqlama verən Xarici İşlər naziri Elmar Məmmədyarov baş verənlərə təəssüfləndiyini bildirib: "Bu haqda danışmaq istəmirəm, çünki istintaq sirridir. Mənim açıqlamam istintaqın gedişinə təsir edə bilər. Həbslərə gəlincə, çox təəssüflənirəm. İstefa verəcəyimlə bağlı deyilənlərə şərh vermək fikrim yoxdur".