Millət vəkili ilə bağlı sevindirici xəbər: “Səhhəti yaxşı və stabildir”
Xəbər verdiyimiz kimi, bir müddətdir ki,  millət vəkili Vahid Əhmədov səhhətində yaranan problemlərə əlaqədar olaraq Türkiyədə müalicə alır.   Moderator.az olaraq millət vəkilinin durumu ilə bağlı məlumat almaq üçün onun köməkçisi Arif Orucovla əlaqə saxladıq.   Vahid Əhmədovun səhhətinin yaxşı olduğunu bildirən Arif Orucov, bazar ertəsi həkimlərin millət vəkilini təkrar müayinə edəcəklərini vurğuladı:   “Vahid müəllimlə hər gün əlaqə saxlayıram. Hər şey qaydasındadır. Səhhəti yaxşılaşır və özünü gümrah hiss edir. Müalicə isə davam edir.   Bazar ertəsi həkimlər bir daha Vahid müəllimi müayinə edəcək, bu müayinənən nəticəsinə uyğun olaraq xəstəxanadan nə vaxt çıxacağı ilə bağlı qərar verəcəklər”.   Məlumat üçün qeyd edək ki, millət vəkili əvvəlki illərdə də Türkiyədə müalicə alıb.