Müdafiə Nazirliyi Azərbaycana məxsus PUA-nın vurulduğunu TƏKZİB ETDİ
Ermənistan kütləvi informasiya vasitələrində Azərbaycana məxsus PUA-nın guya vurulması barədə növbəti dezinformasiya xarakterli məlumat yayılıb.   Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib.   "Bildiririk ki, bu xəbər həqiqətə uyğun deyil, Azərbaycan Ordusunun bölmələrinə məxsus PUA-lar tam tərkibdə sıradadır və itki yoxdur",- nazirlik bildirib.