Ermənistan yaralı hərbçilərinin olduğunu etiraf etdi – RƏSMİ
Ermənistan Müdafiə nazirliyi təmas xəttində yaralıların olduğunu etiraf edib. Modern.az saytı xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi cəbhənin Tovuz rayonu istiqamətində işğalçı ordunun 2 hərbçisinin yaralandığını bəyan edib.   Hazırda onların xəstəxanaya yerləşdirlidiyi bildirilir. Düşmən ölkənin Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan yaralıların döyüş bölgəsinə ezam olunmuş polis əməkdaşları olduğunu əlavə edib. 

Amma qeyri-rəsmi məlumatlarda, ermənilərə məxsus sosial şəbəkələrdə düşmən ordusunun itkilərinin qat-qat çox olduğu bildirilir.