Mahmud Rasimoğlu həbsxanada Arif Qasımovdan yazdı
“Mən Arif Qasımovu öz yazılarımda “yıxıb-sürüyəndə” özlərini jurnalist adlandıran bəzi "şərəfsizlər" Qasımovun ailəsinin müdafiəsinə qalxmışdılar"

 Bu gün həbsxanada olsam da ölkədə hər gün baş verən hadisələrdən xəbərdaram. Son xəbərlərdən biri də Nizami rayon icra hakimiyyətinin başçısı Arif Qasımovun işdən azad olunmasıdır. Mən 5 il əvvəl onun oğlu Nadir və qardaşı Vüqar Qasımovdan  yazıb  onları yazılarımda yıxıb -sürüyəndə, onların "qatı cinayətkar "olduqlarından bəhs edəndə,  özlərini jurnalist adlandıran bəzi "şərəfsizlər " o vaxt onların müdafiəsinə qalxdılar. Biri Arifdən hədiyyə ev, digəri Vüqardan qəzet köşkünü hədiyyə aldı. Yazdılar ki, Mahmud Rasimoğlu Qasımovlar ailəsinə böhtan atır. Elə bil Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında Vüqarın yerinə iş adamlarına atdığı pulun “razborka”sını mən etmişdim. Axırda adaşım , Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri yazıq Mahmud Nəbiyev mənim  əvəzimə dilə gələrək otağının eyvanından Vüqarın üstünə çığıraraq, dedi: “ay bala, sən bura xidmətə gəlmisən, yoxsa camaata atdığın pulların “razborka”sını etməyə?!”


İndi də mən hamı kimi eşidirəm ki, Arif Qasımov işdən azad olunub və  “qara buludlar” onun  başının üstünü alıb .

Mənim vaxtılə Qasımovlar ailəsindən yazdığım yazılarla tanış olmaq istəyənlər Legion.az saytının axrarış  yerində “Arif Qasımov” yazsalar bir çox maraqlı məlumatlara rast gələ bilərlər. Elə bilməyin ki, mən bu gün Ariflə Vüqarın dərdlərinə sevinirəm. Sadəcə bildirmək istəyirəm ki, onların əsl mənada kim olduqları barədə mən beş il əvvəl öz yazılarımda xüsusi olaraq qeyd etmişdim. Gələn yazımda  Nadirin idman müəllimindən və müəllimin digər şagirdlərindən maraqlı məlumatları oxucularıma çatdıracam.

  Mahmud Rasimoğlu