Nazir müavini: “Hazırda cəbhədə döyüşlər davam edir”
“Hazırda cəbhə xəttində döyüşlər davam edir”. “Report” xəbər verir ki, bunu cəbhə bölgəsində jurnalistlərin suallarını cavablandıran Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev deyib. O bildirib ki, düşmənin ehtiyatları, canlı qüvvəsi, texnikası, komanda məntəqələri vurulub və məhv edilib.